Tərtərdə növbəti videokonfrans keçirildi - FOTOLAR

Tərtərdə növbəti videokonfrans keçirildi -
İyulun 9-da Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, rayon ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində bununla bağlı tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqinin aparılaraq pozuntu hallarının qarşısının alınması, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısının növbəti videokonfransı keçirilib.

Gundeminfo.az xəbər verir ki, videokonfransda rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahmərdanov, Tərtər Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz Əliyev, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, mobil qrupların, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Əvvəlcə rayon rəhbəri respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı həsr olunmuş xüsusi sessiyasının keçiriləcəyini, dünyanın 130-dan çox dövlətinin cənab İlham Əliyevin bu təşəbbüsünü dəstəklədiyini bildirmişdir. Bunun beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisi olduğunu vurğulamışdır.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.

Bildirmişdir ki, Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.

Sonra koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərdən, koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində rayonumuzda Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının qərarlarının, tapşırıq və tövsiyyələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.

Qeyd olunub ki, rayon icra hakimiyyəti başçısı Azərbaycan Respublikasının Baş Nazirinin “Koronovirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsi barədə 16 mart 2020-ci il tarixli məktubunun icrası ilə bağlı 19 mart 2020-ci il tarixli 48 saylı sərəncamı ilə qərargah yaradılmış, Azərbaycan Respublikası Prezident Administrasiyasının 30 mart 2020-ci il tarixli məktubunun icrasını təmin etmək məqsədilə “Rayonun yaşayış məntəqələrinin ərazilərində xüsusi karantin rejmi dövrü bitənədək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 30 mart 2020-ci il tarixdə 15 nömrəli əmr imzalamış, həmin tarixdə 50 nömrəli sərəncam ilə Koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması üçün komissiya yaradılmışdır.

Videokonfransda yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə bağlı tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, sakinlərin şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunması, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmələri, yas, toy-nişan, ad günü və hərbi xidmətə yola salma, qarşılama adı altında keçirilən mərasimlərdə iştirak etməmələri, ev şəraitində karantində olan insanları ziyarət etməmələri, kənd təsərrüfatı işlərinə cəlb olunan insanların siyahısı dəqiqləşdirilməli, kənd təsərrüfatı işləri adı altında vətəndaşların qeyri-qanuni olaraq bir yerdən başqa yerə getməmələri, Operativ Qərargahın qərarından irəli gələn tələblərə riayyət etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməli, gündəlik gigiyenik

qaydalara əməl olunmalı, sosial məsafə gözlənilməli, əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır.

Rayon rəhbəri bildirib ki, koronovirus pandemiyasına qarşı mübarizədə mobil qruplar fəaliyyətlərini gücləndirməlidirlər. Hazırda hər birində 4 nəfər olmaqla Tərtər şəhəri ərazisində 8, kəndlərdə isə 51 mobil qrup fəaliyyət göstərir. Qeyd olunub ki, mobil qrupun üzvləri tərəfində rayon ərazisində aparılan təbliğat və maarifləndirmə işlərinə baxmayaraq karantin qaydalarının pozulma hallarına rast gəlinir. Belə ki, Tərtər Rayon İcra Hakimiyyətinin və RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayonun Köçərli kəndi ərazisində Şəmilov Şəmil Talış oğluna məxsus “Əriklik” kafesində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil etdiyi, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozulduğu aşkarlanıb. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə edilib, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Cərimə olunan şəxslərdən 1 nəfərinin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib. Kafenin fəaliyyəti 04 iyul 2020-ci il tarixdən dayandırılıb.

Bundan əlavə, 05 iyul 2020-ci il tarixdə isə Tərtər şəhəri, Elman Səfərov küçəsində Alıyev Əliqulu Əlif oğlu özünəməxsus həyətində anasına 40 mərasimi vermək üçün təşkil etdiyi yas mərasimi dayandırılmış, vətəndaş Aliyev Əliqulu Əlif oğlu və molla Museyibov Əli Vahid oğlu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat, yas mərasimində iştirak edən Qasımov Ələmdar Ənvər oğlu, Qarayev Səbuhi Aydın oğlu, Məmmədov Elçin Rasim oğlu hər biri 100 manat cərimə olunmuş, çayçı Səfərov Aydın Nofəl oğlu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.

Videokonfransda rayon polis şöbəsinin rəisi Elçin Qasımov koronovirus pandemiyasına qarşı mübarizədə Operativ Qərərgahın qərar və tapşırıqlarına, tövsiyələrinə düzgün əməl etməyi, karantin qaydalarına riayət etməyənlər barədə ciddi inzibati cəza tədbirləri görüləcəyini, bildirmiş, qeyd etmişdir ki, karantin qaydalarının pozulması hallarına görə bu günə dək ümumilikdə 494 protokol yazılmışdır. Vurğulamışdır ki, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri polis sahə rəisləri ilə birlikdə yaşayış məntəqlərində 24 saat ərzində baş vermiş hadisələrdən məlumatlı olmalı və dövlət sirrinin qorunmasını təmin etməlidirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahmərdanov karantin qaydalarının pozulmasının qarşısının alınması və dövlət sirrinin qorunması barədə videokonfrans iştirakçılarına öz tövsiyələrini çatdırmış və qaydalara əməl etməyənlər barədə ciddi tədbir görüləcəyini bildirilmişdir. Tərtər Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz Əliyev yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi, xüsusən biçilmiş və

biçilməmiş taxıl sahələrinin, meşə fondu ərazilərinin və otlaqların yandırılmasının yolverilməz olduğu, təhlükəsizlik tələblərini pozan şəxlər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyi barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, son bir ayda rayon ərazisində 28 yanğın hadisəsi baş versədə, insan təlafatı olmamışdır. Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən hazırlanmış suvarma qrafikinə əməl olunduğunu bildirmiş, hazırda pambıq sahələrinin birinci suvarması üçün 2963 hektar, ikinci suvarma üçün 843 hektar, çuğundurda isə birinci suvarma üçün 302 hektar, ikinci suvarma üçün 160 hektar sahə suvarılmışdır. Hazırda suvarma işləri davam etdirilir. Dəmirçilər kənd İƏD üzrə nümayəndə Sədiqə Əhmədova kənddə bəzi evlərə içməli suyun verilməsində problem yarandığı üçün həyətlərə verilən içməli suyun sayğaclaşdırılmasını xahiş etdi. Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov isə keçən videokonfransda içməli suyun sayğaclaşdırılması ilə bağlı qaldırdığı məsələnin artıq həllini tapdığı üçün rayon rəhbərinə öz minnətdarlığını bildirdi. Borsunli kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev, Şıxarx qəsəbə İƏD üzrə nümayəndə Mübariz Cabbarov koronavirus pandemiyasına qarşı aparılan maarifləndirmə və dezinfeksiya işlərindən danışmış, hər bir vətəndaşa özünün və əhatəsində olan insanların sağlam qalmaları üçün gigenik qaydalara əməl etmələrini tövsiyyə etmişlər.

Videokonfransda rayon icra hakimiyyətinin başçısı tərəfindən Şıxarx qəsəbə İƏD üzrə nümayəndə Mübariz Cabbarova işində yol verdiyi nöqsanlara görə töhmət elan edilmişdir.


Tərtərdə növbəti videokonfrans keçirildi -
Tərtərdə növbəti videokonfrans keçirildi -
Tərtərdə növbəti videokonfrans keçirildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...