Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edildi

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edildi
Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Bitlis vilayətində Daxili İşlər Nazirliyi (DİN) tərəfindən axtarışda olan Devrim Akbay adlı PKK terrorçusunu zərərsizləşdirib.

Bu fakt məhv edilən terrorçuların şəxsiyyətinin araşdırılması nəticəsində üzə çıxıb. Bildirilir ki, Devrim Akbay ləqəbli terrorçu bir sıra ağır cinayətlərdə ittiham olunub. DİN onun axtarışına 300 min lirə (təxminən 59 min ABŞ dolları) vəsait ayırmışdı.

AzərTAc xatırladır ki, Türkiyə hökuməti PKK terror təşkilatına sarsıdıcı zərbələr vurmaqda davam edir. Məğlubiyyətlə hesablaşmaq istəməyən PKK indi insanlığa sığmayan daha iyrənc metodlara əl atıb. Hazırda PKK tərəfindən mülki insanlara qarşı terror aktları törədilir, iş yerlərinə, tarlalarda işləyən insanlara, çobanlara hücumlar təşkil olunur, meşə yanğınları törədilir. Bütün bunlar deməyə əsas verir ki, PKK son nəfəsini yaşayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...