Azərbaycan Gürcüstandan dərman idxalını 3 dəfə azaldıb

Azərbaycan Gürcüstandan dərman idxalını 3 dəfə azaldıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 401,3 ton medikamentlər idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İdxal olunan dərman vasitələrinin ümumi dəyəri 15 mln. 363,7 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələri dəyər baxımından 1 mln. 412,5 min dollar, həcm baxımından isə 806,9 ton və ya 3 dəfə azalıb.

Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan ümumi dəyəri 16 mln. 776, 2 min dollar olan 1 208, 2 ton medikament alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
629 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...