Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü ola bilər

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü ola bilər
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilə bilər.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-ın “Qarabağ məsələsinin nizamlanması yollarının axtarışı çərçivəsində yaxın gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sammitin keçirilməsi mümkündürmü?” sualına cavab olaraq bildiirb.

O, üçtərəfli görüşün olacağını istisna etməyib.

“Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik.. Mayın 12-də Düşənbədə Sergey Lavrov MDB Nazirlər Şurasının iclasında Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqların gedişində Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrini müzakirə edib”, - diplomat vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...