YAP deputatın polisi döyməsinə münasibət bildirib

YAP deputatın polisi döyməsinə münasibət bildirib
Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.

"Report"un sorğusuna cavab olaraq bildirilib ki, partiya baş vermiş hadisədən təəssüf hissi keçirir.

"Faktla bağlı hüquq-mühafizə orqanlarında aşardırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək", - partiyadan vurğulanıb.

Xatırladaq ki, insident iyulun 29-da gecə saat 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Belə ki, E. Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...