Prezident diplomatik nümayəndəliklərlə bağlı fərmanı ləğv etdi

Prezident diplomatik nümayəndəliklərlə bağlı fərmanı ləğv etdi

Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsinin həyata keçirilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Prezidentin Fərmanını ləğv edib.

Fərmana əsasən, “Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların fəaliyyətinin təmin edilməsi Qaydası” təsdiq edilib.

“Mühafizəsi zəruri hesab edilən Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının siyahısı” təsdiq edilib.

“Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Prezidentin Fərmanı ləğv edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...