Rusiya “Koçaryan kartı“nı işə saldı - ŞƏRH

Rusiya “Koçaryan kartı“nı işə saldı -

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində qatılacağını bəyan etdikdən sonra Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibə verdi. Bu müsahibəni necə qiymətləndirmək lazımdır və bu kimə mesajdır?

Modern.az-ın məlumatına görə, məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, əslində özünü “müstəqil” jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla Robert Koçaryandan müsahibə götürüb.

“Kreml bununla Paşinyana və erməni cəmiyətinə mesaj göndərib ki, Koçaryanın ölkəsində aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir. Kreml bilir ki, Koçaryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq, ancaq heç olmasa parlamentdə ana müxalifət statusunu qazanacağına çalışır.

O ki qaldı, Koçaryanın Qarabağla bağlı söylədiklərinə, reallığı ortaya qoyub. O deyib ki, Ermənistan inidiki halıyla itirdiyi əraziləri gerı qaytara bilməyəcək. Buna baxmayaraq, Koçaryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımlar üzərində formalaşdıran şəxsdən “Dağlıq Qarabağ Azərbaycana aiddir” açıqlamasını gözləmirdik”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...