Şentop: “Xocalı soyqırımını dünyaya çatdırmaq lazımdır”

Şentop: “Xocalı soyqırımını dünyaya çatdırmaq lazımdır”
“Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlamentdə Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən foto və rəsm sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

“Bəşəriyyət tarixində qara ləkə olan Xocalı faciəsini ürəyimizdə yaşayırıq”, - deyə M. Şentop vurğulayıb.

TBMM sədri bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində günahsız insanları hədəf almayıb.

“Türkiyə bundan sonra haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”, - deyə M. Şentop qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...