“Avropalılar bizdən yox, biz onlardan nə isə tələb edə bilərik” - Ruhani

 “Avropalılar bizdən yox, biz onlardan nə isə tələb edə bilərik” -

İran Prezidenti Həsən Ruhani Donald Trampın dövründə ABŞ-ın İrana qarşı iqtisadi müharibəsinin uğursuz olduğunu və son günlərini yaşadığını deyib.

“Anadolu” agentliyi xəbər verir ki, o, ABŞ-ın sanksiyaları, nüvə anlaşması ilə əlaqədar qiymətləndirmələr edib.

Ruhani bildirib ki, nüvə razılaşması ilə bağlı top Vaşinqtonun sahəsindədir və qarşı tərəf öhdəliklərinə əməl edəcəksə, zaman onlar da buna uyğun davranacaqlar:

“İqtisadi inkişaf baxımından bir neçə ay əvvələ nisbətən daha yaxşı vəziyyətdəyik. Avropalılar bizdən yox, biz onlardan nə isə tələb edə bilərik. Bir il gözlədik, onlar isə ancaq söz verdi, amma yerinə yetirmədilər və ya yetirə bilmədilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...