Ermənistan prezidenti: "Hakimiyyət milli razılıq hökumətinə keçməlidir"

Ermənistan prezidenti: "Hakimiyyət milli razılıq hökumətinə keçməlidir"
Ermənistan prezidenti Armen Sarkisyan hazırkı vəziyyətdə növbədənkənar parlament seçkilərinin, eləcə də baş nazirin istefasının qaçılmaz olduğunu bildirib.

APA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, prezident bu sözləri xalqa müraciətində səsləndirib.

Onun sözlərinə görə, Ermənistan həm müharibə meydanında, həm də diplomatik arenada məğlub olub. Prezident hökuməti və hakim qüvvələri öz potensiallarını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün yol xəritəsini təqdim etməyə çağırıb. Bu proseslər nəticəsində yeni seçkilərin keçirilməsi mümkün olacaq, buna qədər isə ölkə hakimiyyəti yüksək ixtisaslı milli razılıq hökumətinə verilməlidir.

“Mövcud vəziyyəti və ondan ləyaqətlə çıxmağın, eləcə də ictimai tələbləri dinləməyin zəruriliyini nəzərə alsaq, o zaman aydın olur: ölkəni fəsadlardan xilas etmək üçün Milli Məclisə erkən seçkilərin keçirilməsi qaçılmaz olacaq”, - deyə prezident bildirib.

Sarkisyanın fikrincə, son bir neçə gün ərzində parlament nümayəndələri və parlamentdən kənar qüvvələrlə, ictimai qruplar və şəxslərlə bir neçə görüşlər keçirib. Diaspor nümayəndələri ilə telefon danışıqları aparıb və onunla siyasi məsləhətləşmələr aparan görüş iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə - hökumətin istefası və ya Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməsi və erkən parlament seçkilərinin keçirilməsi mövzusunda eyni fikirdədir.

“İclaslarda iştirak edənlərin böyük əksəriyyəti baş nazirin istefası və ya səlahiyyətlərinin ləğvi və konstitusiyaya uyğun olaraq erkən parlament seçkilərinə ehtiyac olduğu qənaətində idi”, - deyə prezidentin saytında yerləşdirilən müraciətdə qeyd edilib.

Xatırladaq ki, İrəvanda bir neçə gündür müxalifətin mitinqləri keçirilir, etirazçılar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...