Professordan sənədə MÜNASİBƏT: - “Türk əsgərinin Qarabağda olması şərtdir”

  Professordan sənədə MÜNASİBƏT: -
Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən sənədi Türkiyə Prezident Administrasiyası parlamentə təqdim edib.

Sənədin mətni ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun.

https://sherg.az/xəbər/145060

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələyə münasibət bildirərkən bunun Türkiyənin daxili işi olduğunu söyləyib:

“Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq. Oraya Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur”.

Əlbəttə, bizim istədiyimiz qardaşlarımızın da Qarabağda olmasıdır. Çünki ancaq onlara özümüzə güvəndiyimiz qədər güvənə, arxalana bilərik.

Türkiyənin İstanbul universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Yaşar Onay hazırlanan sənədi “Sherg.az”a dəyərləndirib:

“Rusiyanın bu mövzudakı təkidi Türkiyəni regiondakı hadisələrdən uzaq tutmaq cəhdidir. Kreml rəsmi Ankaranın bölgədəki gücünü məhdudlaşdırmaq istəyir. Lakin türk əsgərinin Qarabağda olması şərtdir. Regional sabitlik məhz bundan asılıdır. Rusiya istəyir ki, Türkiyə əsgəri yalnız Azərbaycanda olsun. Fəqət bu, kifayət deyil. Türkiyə məhz Qarabağda olmalıdır. Ermənilərin qarşısını ancaq belə almaq olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...