Gürcüstanın millət vəkili bir aylıq maaşını Azərbaycan ordusuna dəstək üçün köçürüb

Gürcüstanın millət vəkili bir aylıq maaşını Azərbaycan ordusuna dəstək üçün köçürüb
Məlum olduğu kimi 27 sentyabrdan başlayaraq, Azərbaycan ordusu əks həmlə ilə 30 ildir işğalda olan ərazilərini terrorçulardan təmizləməkdə davam edir.

Hazırda dünyanın bir sıra ölkələrində yaşayan soydaşlarımız Qarabağda döyüşən Azərbaycanın haqq ordusuna maddi və mənəvi dəstəklərini davam etdirirlər.

Məlumata görə, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov da bir aylıq öz maaşını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.

A. Süleymanov sözügedən məsələni özü təsdiq edib və digər yardımlar barədə də açıqlama verib: "Bəli biz hər zaman milli vətənimiz olan Azərbaycanın haqlı mübarizəsinin yanında olmuşuq və bundan sonra da bu davam edəcək. Mən istəməzdim ki, bu barədə açıqlama verəm, biz daima əlimizdən gələn dəstəyi edirik. Qeyd edim ki, biz bir neçə soydaşımızla birlikdə, Azərbaycan ordusuna, bizim əzimkar əsgərlərimizə sabah bir tır xırda buynuzlu heyvan da alıb göndərəcəyik. Mən bütün bu işdə əməyi keçən dostlarımıza təşəkkür edirəm", - deyə A. Süleymanov bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Qaraçöp mahalından Azərbaycan ordusuna dəstək üçün iki tır xırda buynuzlu heyvan göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...