Sərkisyan Bakının casusudur – İrəvanda qızğın mübahisə

Sərkisyan Bakının casusudur –
Ermənistan Prezidenti Armen Sərkisyanın Britaniyanın BP korporasiyası ilə əlaqələri onun üçün problemə çevrilib.

Axar.az xəbər verir ki, artıq buna görə Sərkisyan Azərbaycan xeyrinə çalışmaqda, eləcə də Qarabağ savaşında Azərbaycanın xeyrinə addımlar atmaqda ittiham edilir.

Sərkisyanı ittiham edənlər onun Qarabağ savaşından öncə öz reytinqini qaldırmaq üçün dəfələrlə BP ilə sıx əlaqələrinin olduğuna dair etiraflarını tirajlamağa başlayıblar. Əslində Armen Sərkisyana qarşı bu ittihamlar BP-nin rəsmən Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsindən sonra başlayıb.

Bu məsələdə “Hayeli.am” saytı xüsusi fəallıq göstərir.

Qeyd edək ki, Sərkisyana qarşı ittihamlar müharibədən öncə də olub. Belə ki, Robert Köçəryana yaxınlığı ilə seçilən Adekvad Partiyası bundan öncə Sərkisyanı Azərbaycanın xeyrinə çalışmaqda ittiham edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...