Fuad Qəhramanlının vəkilindən açıqlama - VİDEO

Fuad Qəhramanlının vəkilindən açıqlama -
“23 iyul 2020-ci il tarixdə Fuad Qəhrəmanlı barəsində istintaq hərəkəti aparılarkən mən ona öz razılığı ilə vəkil təyin olunmuşam. Bildirmək istəyirəm ki, o saxlanılan zaman istintaq hərəkətlərində mənim iştirakımla sərbəst ifadəsi alınıb”.

APA-nın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının üzvü, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının vəkili Araz Həsənov bildirib.

O bildirib ki, son zamanlar mətbuatda, sosial şəbəkələrdə Fuad Qəhrəmanlının işgəncəyə və digər psixi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatların heç bir hüquqi əsası yoxdur: “Son zamanlar mətbuatda, sosial şəbəkələrdə Fuad Qəhrəmanlının işgəncəyə və digər psixi zorakılığa məruz qalması ilə bağlı məlumatlar yayılıb. Qeyd etmək istəyirəm ki, bu məlumatların hamısı dezinformasiyalardı, heç bir hüquqi əsası yoxdur”.

Vəkil A.Həsənov Fuad Qəhrəmanlının səhhəti ilə bağlı məsləyə də aydınlıq gətirib: “Hazırda onun yanından çıxıram. Fuad Qəhrəmanlı mənim müdafiəm altındadır. Onun sağlamlıq durumu çox yaxşıdır. Bundan sonra da hər bir istintaq hərəkətləri mənim iştirakımla davam etdiriləcək”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...