Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı

Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı

Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əladar bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib.

Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səylərini davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll yolu tapmağa çağırıb:

“Moldova Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”, - bəyanatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...