MM-in iclasları TV-də yayımlanacaq – Spiker

MM-in iclasları TV-də yayımlanacaq –

Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var.

Axar.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında çıxış edən deputat Azər Kərimli deyib.

O bildirib ki, peşəkar insanlar tərəfindən hazırlanan materiallar həm də etibarlı istinad mənbəyi ola bilər: “Dünyanın bir çox ölkələri bu təcrübədən istifadə edir”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi təklifi müsbət qiymətləndirib:

“Parlamentin payız sessiyasından etibarən kanalların birində Milli Məclisin bir saatlıq fəaliyyəti ilə bağlı proqram yayımlanacaq. Hazırda bununla bağlı iş gedir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...