“Cəmil Həsənli geylərdən üzr istəyir, amma...” – Sərt ittihamlar

“Cəmil Həsənli geylərdən üzr istəyir, amma...” –
“Tolerant” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, tanınmış jurnlaist Azər Rəşidoğlu son günlər Milli Şura ətrafında baş verənlərə münasibət bildirib.

Yenisabah.az kifayət qədər sərt ritorikadan istifadə edən jurnalistin fikirlərini təqdim edir:

“Yazmaya bilməzdim. Mənəvi borc bildim özümə. İstəyən oxusun, istəməyən oxumasın, bunları deməliyəm.

Eldəniz Quliyev Milli Şuradan (MŞ) istefa verdi. Onu heç vaxt nə güclü rejissor, nə siyasətçi, nə ziyalı hesab etmişəm. Mənim üçün ziyalı Rafiq Əliyevdir. Ümumiyyətlə, vaxtında “KQB” nin arxivləri açılsaydı, indi çoxları "mıq" eləyə bilməzdi (Eldəniz Quliyevin agent olduğuna işarə vermirəm).

Beləliklə, Eldəniz Quliyev istefa verdi, Cəmil Həsənli, Gültəkin Hacıbəyli geylərdən üzr istədi. Söz azadlığıdır? Yox! Söz azadlığı olsaydı,bu gün MŞ-da olanlar on illərdir təhqir etdikləri İsa Qəmbərdən, sıravi müxalifətçilərdəndə üzr istəyərdilər.

Yüz minlərlə müsavatçı 2013-cü Cəmil Həsənliyə səs vermişdi, amma professor onların az qala hamısını dönük adlandırır, amma geylərdən üzr istəyir. Gültəkin Hacıbəyli də keçmiş əqidaşlarını - hakimiyyət mənsublarını təhqir edir, bu gün müxalifətin əzabını yaşayan müsavatçıları təhqir edir, üzr istəmir, amma seksual azlıqlardan üzr istəyir.

İsa Qəmbər (onun tərəfdarı deyiləm və başqanı sərt tənqid edən yüzlərlə yazının müəllifiyəm) bu xalq üçün canını fəda edən bir ziyalıdır. Amma Cəmil müəllim və Milli Şura rəhbərliyi onu təhqir edir, üzr barədə düşünümr, amma İsmayıl adlı yeri və yurdu bilinməyən bir geydən həvəslə üzr istəyir.

Əli Kərimli isə yenə də susur. Müdrikcəsinə. Onun əmrində olan minlərlə fəal (trol yazmaq istəmədim) müsavatçıları, realçıalrı, müstəqil jurnalistləri linç edir, geylər isə toxunulmazdır, çünki onların arxasında Xədicə İsmayıl durur. Xədicəyə qarşı isə gəlməyə onların cəsarəti çatmır. Bu, rəzalət deyil, nədir?

Burada bir məqamı da yazmaq istəyirıəm. Məşhur zoom-konfrans bazar qadınlarının qeybətinə bənzəyirdi. Bu səviyyədə olanlara kim səs verər ki? "Gey qalmaqalı"nı unutmaq üçün onlara yeni hədəf lazımdır. Odur ki, hər birimiz təhqir oluna bilərik. Lakin və amma geyləri dəstəkləyən, onlardan üzr istəyən heç bir siyasi qüvvəyə səs vermək fikrində deyiləm!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...