Keçmiş deputat martın 23-dən bəri evdən çölə çıxmır: “Prezidentin əmrini gözləyirəm”

Keçmiş deputat martın 23-dən bəri evdən çölə çıxmır:

“Mənim işləyən vaxtım deyil. Təqaüd yaşındayam. Evdə oturmuşam. Tanrının verdiyi ömrü yaşayıram”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Salyandan olan keçmiş deputatı Əliağa Hüseynov hazırki fəaliyyətindən danışarkən deyib.

Keçmiş deputat ehtiyatda olan general kimi hər zaman kolleqalarına dəstək olduğunu bildirib: “2009-cu ildən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışam. Ehtiyatda olan generalam. Son vaxtlar gənclərlə məlum səbəblərə görə görüşə bilmirəm. Ancaq hər zaman onlara dəstək oluram. Hesab edirəm ki, gənclərə doğru yol göstərmək lazımdır. Gənclikdə doğru addım atmaq olmur. Ona görə də həyat təcrübəmizdən tutmuş iş təcrübəmizə qədər hər bir gəncə yardım əlimizi uzatmalıyıq. İndi evdə oturmuşam. Heç bir işlə məşğul deyiləm. Memuar yazmağımı soruşursuz. Hələ ki xatirə yazmaq barədə düşünmürəm. Zaman göstərər”.

Əliağa Hüseynov Milli Məclisdə vaxtilə deputat olduğu dairədən seçilən Jalə Əhmədova barədə də danışıb:

“Salyanda doğulmuşam. Ora mənim vətənimdir. İndi deputat deyiləm. Bu o demək deyil ki, salyanlılarla ünsiyyətim yoxdur. Vaxtilə Salyan rayon İcra Hakimiyyətinin başçısı olmuşam. İndi də salyanlılarla münasibətim var. Hətta Salyandan deputat seçilən Jalə xanımla tez-tez telefon əlaqəsi yaradırıq. Sağ olsun ki, Jalə xanım mənə də diqqət yetirir. Salyanla bağlı nə sualı olsa, mənə müraciət edir. Mən də bir salyanlı olaraq fikirlərimi bildirirəm. Şükürlər olsun ki, hər şey qaydasındadır”.

Keçmiş deputat karantin günlərində evdən çölə çıxmadığını da vurğulayıb: “Cənab prezidentin qoyduğu qaydalara hər birimizin əməl etməsi borcumuzdur. Martın 23-dən evdən heç yerə çıxmamışam. Evdə oturmuşam və qaydalara riayət edirəm. Cənab prezidentin gələcək əmrlərini gözləyirəm”.


Ehtiyatda olan general-leytenant Əliağa Hüseynov uzun müddət Azərbaycan Respublikasının baş hərbi komissarı vəzifəsində çalışıb. 2009-cu il 10 noyabr tarixində Prezidentin sərəncamı ilə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və 2009-cu il 11 noyabr tarixində Salyan rayon İcra Hakimiyyətinə başçı təyin olunub. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Bununla əlaqədar icra başçısı vəzifəsindən azad edilən Ə.Hüseynov 2015-ci ildə V çağırış Milli Məclisin də üzvü seçilib. 2020-ci ildəki növbədənkənar parlıament seçkilərində isə namizədliyini irəli sürməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...