"YAP-çı icra başçılarının həbs olunması bizi kədərləndirir" - Baş nazirin müavini

"YAP-çı icra başçılarının həbs olunması bizi kədərləndirir" -

YAP sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov həbs olunan icra başçılarının Yeni Azərbaycan Partiyasından xaric olunacağı ilə bağlı məsələyə münasibət bildirib...

Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin qərarından sonra bu barədə qərar veriləcək:

"Belə hadisənin baş verməsi bizi kədərləndirir. Əgər məmur ona göstərilən etimadı doğrultmursa, vəzifəsini layiqincə yerinə yetirə bilmirsə onların haqqında qanunla ölçü götürülməsi doğrudur. Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü ölması bizi məyus edir. Bundan çox bizi məyus edən onların Prezident İlham Əliyevin etimadını doğrulda bilməməsidir. Bunların əvəzində onlar xoşagəlməyən, cinayətə gətirən hallara yol veriblər. Yeni Azərbaycan Partiyası çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...