“ReAl” qeydiyyata alınacaq?

“ReAl” qeydiyyata alınacaq?

Müxalifətçi lider, Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədovun üzərindən kütləvi iğtişaşların təşkili ilə bağlı ittihamların götürülməsi, ona bəraət verilməsi ətrafında müzakirələr səngimək bilmir. Bəzilərinə bu bəraət şübhəli gəlir və İlqar Məmmədovun ünvanına hakimiyyətə satıldığı və ya satılmağa hazırlaşdığı ilə bağlı ittihamlar səsləndirilir.

Əksəriyyət isə bu qərardan sonra artıq növbəti addımın ReAl Partiyasının Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınması prosesi olacağını düşünür.

Bu barədə danışan İlqar Məmmədov isə iqtidarla dialoq prosesində partiyanın qeydiyyatı məsələsini qaldırdığını diqqətə çatdırıb:

“Bu məsələni ilk görüşdə - 29 fevralda mən qaldırdım. Məlum oldu ki, daha iki partiya qeydiyyatdan keçəndən sonra dövlətin partiyaların qeydiyyatına münasibətdə müsbətə doğru dəyişiklik var. Bu faktlarla göstərildi.

Əgər dövlət siyasi partiyaların qeydiyyatında yeni bir siyasət, alım tətbiq edilirsə, biz bundan istifadə etməkdə maraqlıyıq. İqtidarın bu siyasət dəyişikliyindən faydalanmağa cəhd edəcəyik. Partiyamızın qeydiyyatı təsdiq olunarsa, o zaman əmin ola bilərik ki, həqiqətən də belə bir müsbət siyasi dəyişiklik tətbiq olunur”.

Partiyanın icra katibi Natiq Cəfərli isə Modern.az-a açıqlamasında rəsmi qeydiyyata alınmağın ReAl Partiyasının haqqı olduğunu vurğulayıb:

“Biz bu yolda iki ildir çalışırıq. Məhkəmələrə müraciət etmişik, yenə qurultay keçirib, yenə qeydiyyatla bağlı müraciət edəcəyik. Haqqımız olanı əldə etmək üçün hüquqi, siyasi müstəvidə işimizi aparacağıq. Bunun nəticəsində qeydiyyat işi həll olunacaqsa, deməli, Azərbaycanda yeni siyasi ab-havanın yaranmasının əsası qoyulacaq. Buna sevinmək lazımdır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...