Rusiyalı ekspert: "Moskva Ermənistanın inadkarlığına çarə tapa bilmir"

Rusiyalı ekspert: "Moskva Ermənistanın inadkarlığına çarə tapa bilmir"

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2019-cu ilin aprelində müəyyənləşdirilmiş və bütün tərəflərin imzaladığı prinsiplərin həyata keçirilməsinin mümkün olmaması barədə Ermənistan xarici işlər nazirinin bəyanatı yalnız və yalnız Ermənistan tərəfinin qeyri-adekvatlığına dəlalət edir”.

Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova bildirib.

“Artıq imzalanıbsa, yerinə yetirməmək olmaz. Qabaqcadan əldə edilən razılaşmanı pozmaq diplomatiyadan uzaq davranışdır. Görünür, erməni siyasətçilərin populist şüarçılığı xalqın iqtisadi rifahından daha əhəmiyyətli olub”, - politoloq deyib.

“Sözügedən prinsiplərə görə, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların boşaldılması müqabilində Ermənistan iqtisadi blokadadan qurtulacaq. Bu da iqtisadiyyatının bərbad kökdə olduğunu gözəl bildiyimiz bu ölkə üçün çox mühümdür. Amma hökumət başqa yol tutub. Burada bəzi məqamlar var. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün əhəmiyyətlidir. Rusiyanın Xarici İşlər Nazirliyi, həmçinin nazir Sergey Lavrov bu münaqişənin həllində maraqlı olsalar da, Ermənistan tərəfinin inadkarlığına çarə tapa bilmirlər.

İkincisi, bu kimi açıqlamalar heç də həmişə ciddi qəbul olunmamalıdır. Ermənistan xarici işlər nazirinin məlum açıqlamasından az sonra tamam başqa məzmunlu açıqlamaların veriləcəyi istisna deyil. Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağda təşkil edilən qondarma “seçkilər”dən sonra orada öz adamlarını iş başına gətirdiyinə görə Azərbaycanla razılığa gəlmək istəyini elə Qarabağ ermənilərinin mövqeyi kimi qələmə vermək imkanı qazanıb. Yəni Nikol Paşinyan özü belə təşəbbüs irəli sürərsə, radikallar tərəfindən hakimiyyətdən devrilə, hətta öldürülə biləcəyindən qorxduğu üçün bunun məsuliyyətini ac-yalavac Qarabağ ermənilərinin üzərinə yıxmağa çalışır. Beləliklə, ola bilsin, Paşinyan Qarabağ erməniləri tərəfindən iqtisadi blokadanın qaldırılması, iqtisadi dirçəliş istədikləri barədə səs çıxmasını gözləyəcək, sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlara dair güzəştlərdən söhbət açmaq məqamı yetişəcək”, - rusiyalı ekspert qeyd edib.

Ermənistanın belə bir səmərəsiz mövqeyi ucbatından ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təzyiqlərə məruz qalıb-qalmayacağı barədə suala cavab verən politoloq bildirib:

“ATƏT-in Minsk qrupu üzvləri tərəfindən Yerevana qarşı təzyiq göstərilə bilər. Çünki Ermənistanın bu münaqişənin mərhələli həllindən boyun qaçırması üzündən müharibə ehtimalının gerçəkləşə biləcəyini hamı dərk edir. Hər hansı münaqişənin dinc yolla həllində irəliləyiş yoxdursa, yeni müharibə ehtimalı ortaya çıxır. Ermənistanın bu müqaviməti Moskvanı əsəbiləşdirdiyinə görə daha güclü təzyiq gözləmək olar. Üstəlik, Rusiya hökuməti Nikol Paşinyanı ABŞ-ın adamı hesab edərək ona etimad etmir. Bütün bunlar Azərbaycanı Minsk qrupu həmsədrlərinin də, bütövlükdə dünya birliyinin də nəzərində daha güclü mövqeyə gətirir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...