Gürcüstan Ukraynadakı səfirini geri çağırıb

Gürcüstan Ukraynadakı səfirini geri çağırıb

Gürcüstan Kiyevdəki səfirini Mixeil Saakaşviliyə Ukraynada vəzifə verilməsinə etiraz olaraq geri çağırıb.

“Report” “UNIAN”a istinadən xəbər verir ki, Gücürstanın xarici işlər naziri Zalkaliani Ukrayna prezidenti Vladimir Zelenskinin Saakaşvilini baş nazirin müavini vəzifəsinə təyin etməsi haqqında qərarında çox məyus olub.

Bildirilib ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini geri çağırıb.

Ukrayna Milli Polisinin keçmiş başçısı, Birləşmiş Milli Hərəkatın üzvü Xati Deknoidzenin sözlərinə görə, Gürcüstan hökuməti bununla Ukraynaya qarşı praktik olaraq diplomatik müharibə elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...