"Mənim ixtiyarım öz əlimdə deyil" - Hafiz Hacıyev deputat seçkilərindən danışdı

"Mənim ixtiyarım öz əlimdə deyil" -
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Bununla bağlı Sonxeber.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, gələn həftənin 3-cü gün partiyanın siyasi şurasının iclası olacaq: "Bu iclasda qərar qəbul olunacaq. Siyasi Şura hansı qərar qəbul etsə, biz də ona tabe olacağıq. Amma buna baxmayaraq partiyanın 50-60 üzvü namizədliyimi verməyim üçün təkid edirlər. Hər halda həftənin 3-cü günü qərar qəbul ediləcək. 3-cü gen namizədimizin kim olacağı bəlli olacaq. Əlbəttə biz də bu demokratik seçkilərdə iştirak edəcəyik. Düşünürəm ki, belə əlverişli şəraitdə seçkilərdə iştirak etməyə dəyər. Partiya hansı qərarı qəbul edəcəksə bizdə ona tabe olacaq. Mənim ixtiyarım öz əlimdə deyil. Partiya üzvlərinin çıxardığı qərara tabe olmalıyam. Bu mənim üçün ən önəmli məsələdir. Mən ömür boyu dövlətçiliyimizi müdafiə edən insan olmuşam. Hələlik ortada bir şey olmadan bir söz deyə bilmərəm. Hər halda mən dövlətimiz üçün canımı qoymuşam. Siyasi şuranın qərarından sonra mən mətbuata geniş məlumat verəcəyəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...