ABŞ KİV: Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır

ABŞ KİV: Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır

ABŞ mediası Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 21-nə planlaşdırılan Los-Ancelesə səfərini tənqid edib.

"Report" xəbər verir ki, "NewsBlaze" nəşrindəki "Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır" başlıqlı məqalədə şəhər və dairə tərəfindən Paşinyanın icma nümayəndələri ilə görüş təşkil etməsinə imkan verilməməli olduğu yazılıb.

"Bir çox Avropa ölkəsinin nasist keçmişi olsa da, onların əksəriyyəti bu keçmişi və onun iştirakçılarını qınayır və nasistlərin istənilən formada təriflənməsindən yayınmağa çalışır. Ancaq bu, qətiyyən Ermənistana aid deyil. Onlar veteranlarını "qəhrəman" hesab edirlər", - nəşr yazıb.

Məqalədə 2016-cı ildə Almaniyanın faşist ordusunun erməni generalı Qaregin Njdeyə Ermənistan paytaxtı Yerevanın mərkəzində böyük ölçülü abidənin qoyulması faktından da bəhs olunur.

Nəşr həmçinin qeyd edir ki, tərkibində çoxlu sayda yəhudi olan Los-Anceles Administrasiyası müasir Ermənistandakı antisemitizm səviyyəsinə də diqqət yetirməlidir: “Belə ki, Ermənistanda yetkinlik yaşına çatmış 1,3 milyon insan antisemitizm inanclarına sadiqdir. Bu, Ermənistanı Avropanın ikinci ən böyük antisemitizm ölkəsi edir. 2018-ci ildə "Pew" araşdırma mərkəzinin apardığı bir araşdırma ermənilərin 32 faizinin yəhudiləri həmvətəndaş olaraq qəbul etmədiyini və Ermənistanın "yəhudi problemi" olduğunu göstərib".

Los-Ancelesdə nəşr olunan "JewishJournal"da işıq üzü görən məqalədə isə 1991-ci ildə müstəqillik qazandıqdan sonra Ermənistanın daim ABŞ-ın Cənubi Qafqazla bağlı planlarına qarşı çıxan xarici siyasət yürütdüyü qeyd olunur.

Nəşr xatırladır ki, Ermənistan həmçinin dünyada təcavüzkar və Azərbaycan torpaqlarını işğalçısı kimi tanınır.
"Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan müttəfiqlərinin dəstəyi ilə Azərbaycanın suveren ərazisinin təxminən 20%-ni işğal edə bildi. BMT Təhlükəsizlik Şurası kütləvi qırğınlar və azərbaycanlı əhalinin yaşadığı torpaqların total etnik təmizlənməsi ilə müşayiət olunan bu qanunsuz hərbi işğalı dörd qətnamə ilə qınadı. Ermənistandan qovulan 250 min azərbaycanlı mülki şəxs ilə birlikdə bu gün Azərbaycanda 1 milyondan çox qaçqın və köçkün var ki, bu da dünyada adambaşına düşən qaçqın sayına görə ən böyük göstəricilərdən biridir", - "JewishJournal" yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...