Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Tbilisidə iyunun 20-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiya zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Saxlanılan şəxslər 4 günlük inzibati həbs cəzası çəkiblər. Onlar məhkəmə zalından sərbəst buraxılıblar.

Məhkəmə 41 nəfərdən 2-nin günahsız olduğunu üzə çıxarıb.

Qeyd edək ki, iyunun 20-də keçirilən kütləvi aksiya zamanı 305 nəfər saxlanılıb. Tbilisidə davam edən kütləvi etiraz aksiyalarının tələblərindən biri həmin şəxslərin hamısının azadlığa buraxılmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...