Divana şərab tökdü, siyasi karyerası zərbə aldı - BRİTANİYADA QALMAQAL

Divana şərab tökdü, siyasi karyerası zərbə aldı -
Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson bu yaxınlara qədər İngiltərənin baş naziri postuna ən real namizəd hesab edilirdi.

Hətta keçən həftənin cümə axşamına qədər əksəriyyət əmin idi ki, artıq baş nazir Boris olacaq.

Bakupost "Rossiya-24" kanalına istinadən xəbər verir ki, siyasətçi sevgilisiylə yaşadığı skandala görə İngiltərənin baş naziri olmaq şanslarını yerlə yeksan edib.

Consonun reytinqi getdikcə aşağı düşür. Rəy sorğularına görə, Conson ən yaxın rəqibi Ceremi Hantdan 27 faizlə öndədir.

Səbəb isə çox tragikomikdir.

Mühafizəkarlar fraksiyasında səsvermənin yekun mərhələsində inamlı qələbəsindən sonra o, səhər saatlarında evə qayıdıb və təsadüfən divan üzərində bir qədəh şərab töküb.

Bu zəmində sevgilisi ilə mübahisələri yaranır və evə polis gəlir.

Siyasətçi və sevgilisi polisi evə Consonun nazir olmasını istəməyən qonşularının çağırdığını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...