Gürcüstanda yeni siyasi hərəkat yaradılıb

Gürcüstanda yeni siyasi hərəkat yaradılıb

Gürcüstanın paytaxtı Tbilisidə “Tribuna” adlı yeni siyasi hərəkatın təqdimatı keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, təşkilatın təsisçisi Gürcüstan parlamentinin bitərəf deputatı David Çiçinadzedir.
D.Çiçinadze bildirib ki, “Tribuna” hərəkatında müxtəlif yaş qrupuna və sahələrə aid olan insanlar təmsil olunacaq.
O, Gürcüstan hökumətinin hər gün səhv etdiyini söyləyərək, ölkədə yeni xalq hərəkatının yaradılmasına ehtiyac duyulduğunu deyib.
Qeyd edək ki, “Tribuna” hərəkatı 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...