Bakıda iki azyaşlı qıza təcavüz edən 43 yaşlı kişi məhkəmə qarşısında

Bakıda iki azyaşlı qıza təcavüz edən 43 yaşlı kişi məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Rauf Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Oxu.Az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 26-na təyin edilib.

İttihama görə, 43 yaşlı R.Süleymanov Bakıda iki azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Azyaşlıların valideynlərinin şikayəti əsasında saxlanılan şəxs barəsində həbs-qətimakan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.Süleymanovun cinayət əməli sübuta yetirilərsə, onu səkkiz ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...