Gəncədə “Nəsimi” fleşmobu - FOTO/VİDEO

Gəncədə “Nəsimi” fleşmobu -

Gəncənin Heydər Əliyev meydanında təşkil olunan “Nəsimi” fleşmobuna minlərlə gəncəli gənc qatılıb. Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, İmadəddin Nəsiminin 650 illik yubileyi və cari ilin “Nəsimi ili” elan edilməsindən ruhlanaraq kütləvi tədbirdə iştirak ediblər.

Fleşmob xüsusi texnikalar vasitəsilə səmadan videoyazıya alınıb. Nəsiminin canlı portreti ictimaiyyətin marağına səbəb olub. Qeyd edək ki, respublikamızın ikinci şəhərində xalqımızın tarixində əlamətdar hadisələrlə bağlı gənclərin fleşmoblar keçirməsi artıq ənənə halını alıb.

Xatırladaq ki, ötən il şəhərin baş meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı ulu öndərin portreti canlandırılmışdı.

Gəncədə “Nəsimi” fleşmobu -
Gəncədə “Nəsimi” fleşmobu -
Gəncədə “Nəsimi” fleşmobu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...