ANSdən ATV-yə: “Şərəfimiz göz qabağındadır”

ANSdən ATV-yə: “Şərəfimiz göz qabağındadır”

ATV-nin əməkdaşı İlkin Həsəninin ANS-in ünvanına səsləndirdiyi kəskin fikirlərə qarşı tərəfin cavabı özünü çox gözlətməyib

Publika.az-a açıqlama verən “ANS” Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədovun cavabı belə olub:

“Əgər ANS belə konslager idisə, onda niyə həmin insan uzun illər bu konslagerdə işləməyə razı olurdu? Bəs niyə susurdu, ərizə yazıb canını bu konslagerdən qurtaraydı də. Belə əzab-əziyyət görürdüsə, niyə hüquq mühafizə orqanlarına müraciət etmirdi, niyə bağırmırdı ki, ay camaat, məni ANS-də öldürürlər, gəlin, qurtarın? Belə şeyləri danışmaq, yazmaq ayıbdır. Hər kəs ANS-i yaxşı tanıyır və bilir ki, necə vətənpərvər işçiləri var. ANS cəbhə bölgələrində olanda heç bir telekanal onun yanında yox idi. Hansı telekanalda cəbhədə olan, yaralanan, ölümlə üz-üzə qalan, canını verən jurnalist var? Bu gün də ANS-in işçiləri Qarabağ müharibəsinin qəlpələrini bədənində gəzdirir”.

Qaldı ki şərəfsiz sözünə, Mayis Məmmədovun cavabı belə oldu:

“Şərəfimiz göz qabağındadır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...