Bakıda oliqarxların milyonluq vilalları belə sökülür: Sakinlər hər bazar günü...- FOTOLAR

Bakıda oliqarxların milyonluq vilalları belə sökülür:
Bakıda dəniz kənarında çəkilmiş qanunsuz hasarların, tikilmiş obyektlərin söküntüsü davam edir.

Cebhe.info-nun əldə etdiyi məlumata görə, dənizə giriş-çıxışa mane olan bütün tikililərin söküntüsü sürətlə aparılır. Məlumata görə, Buzovna sakinləri də tikintilərin sökülməsində, ətrafın abadlaşdırılmasında iştirak edirlər.

Belə ki, iki həftədir ardıcıl olaraq, Buzovnada yaşayan sakinlər həftənin bazar günü iməclik edib, qayaların altına tökülən tikinti materiallarını, digər tullantıları təmizləyib, kənarlaşdırırlar. Kommunal xidmət maşınları həmin tullantıları, qalıqları daşıyır.

Qeyd edək ki, qanunsuz tikililərin siyahısının tam hazırlanması və söküntünün siyahıya uyğun şəkildə aparıldığı haqqında məlumat vermişdik. Siyahıda məmur-oliqarxların, sahibkarların adları var. Qanunsuz villa və hasarları sökmək üçün əraziyə xeyli sayda texnika cəlb olunub. Tikililərin bəzisi 3-4 qat daşla hörülüb. Üstəlik betondan istifadə edildiyi üçün sökülməsi vaxt aparır və ağır texnika cəlb edilib. Söküntü işlərinin mərhələli şəkildə digər ərazilərdə də aparılacağı gözlənilir.

Bakıda oliqarxların milyonluq vilalları belə sökülür:
Bakıda oliqarxların milyonluq vilalları belə sökülür:
Bakıda oliqarxların milyonluq vilalları belə sökülür:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...