DGK sürücülərdən əlavə rüsum TƏLƏB EDİR: Yük maşınları gömrükdə qaldı

DGK sürücülərdən əlavə rüsum TƏLƏB EDİR:

Dövlət Gömrük Komitəsinin yük maşınlarından əlavə rüsum tələb etməsi sürücüləri ayağa qaldırıb.

Bu barədə Yenicag.az-a hazırda Gürcüstanla dövlət sərhədində Azərbaycan qapısında qalan yük maşını sürücüləri məlumat verib.

Məlumata görə, DGK Qırmızı Körpü sərhəd məntəqəsindən Gürcüstana keçmək istəyən yük maşınlarından 20 manat rüsum tələb edir.

Sürücülərin sözlərinə görə, bu günə qədər belə bir rüsum tələb edilməyib. İndi isə yük maşını sürücülərinə bank hesabı verilir ki, hesaba 20 manat yükləsinlər. Yalnız bundan sonra keçidə icazə verilir. Hazırda çoxlu sayda yük maşını gömrükdə qalıb.

Sürücülərin bildirir ki, bu gün yüzdən çox sürücü etiraz etmək üçün Qırmızı Körpüyə yığışacaq.

Sürücülərin sözlərinə görə, onlar rüsumu hansı səbəbdən, hansı qanuna görə ödənildiyini soruşduqda onlara heç bir cavab verilməyib.
DGK sürücülərdən əlavə rüsum TƏLƏB EDİR:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...