"Razin DAĞI"nın ətəyi hansı şirkətə satılıb? - ADİL VƏLİYEVİN ADI HALLANIR

"Razin DAĞI"nın ətəyi hansı şirkətə satılıb? -


Azərbaycanda abidələr, mağaralar, təbiət qoruqları hər zaman qorunub, mühafizə edilib. Nədənsə bəzi məmurlar məqəsdyönlü şəkildə tariximizə düşmən kəsilib. Düşünə bilərik ki, belələri tarixi məkanları işğal edib hansısa tarixi bir məlumatın izini itirmək məqsədi güdürlər. Lakin iz itirmək məqsədindən başqa, bəzi məmurlar üçün sərvətlərinə milyonlar qatmaq istəyi, ölkənin tarixini qorumaq istəyindən önəmlidir.

Belə ki, ötən gün Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevin Bakıxanov qəsəbəsində yerləşən, Bakı Gənclər Mərkəzinin yerləşdiyi Parkda, Şaurma 1-in fəaliyyət göstərdiyi ərazidə Çıxarış əsasında torpaq sahəsi satılması barədə səsləndirilən iddia ilə bağlı Ümid Tv Azərbaycan kanalı olaraq apardığımız araşdırmaya dair yazı və video reprtaj yayımlamışdıq. İcra Başçısı Adil Vəliyevlə bağlı iddia olunan məlumatların bir-bir araşdırılaraq ictimaiyyətin diqqətinə çatdıracağımız barədə məlumat vermişdik. Bu gün Adil Vəliyev haqqında daha bir ilginc iddia barədə sizlərə məlumat verəcəyik.

Beləliklə, bu dəfə yolumuzu etibarlı mənbənin iddia etdiyi bir əraziyə, “Razin dağı” adlanan əraziyə saldıq. Gördüklərimiz bizi şoka saldı. Dağın ətəyindən əsər-əlamət belə qalmayıb desək yanılmarıq. Dağın başında və ətəklərində milyonluq imarətlərin inşa edildiyi gözlə görünür. Təbii ki, “Razin dağı”nda inşa edilən milyonluq imarətlərdən hörmətli Adil Vəliyev məlumatsız ola bilməz və icazəsi olmadan heç kim o ərazidə daşı-daş üstə qoya bilməz.

Digər tərəfdən, Bakıxanov qəsəbəsinin Razin stansiyası deyilən yol istiqamətindən Neftçilər M/S-na gedən yolun sağ tərəfində, sözügedən “Razin dağının başlanğıc nöqtəsi tarktorla dağıdılaraq yüksək mərtəbəli binanın tikintisinə hazırlıq işləri aparılır. Yol kənarında quraşdırılan məlumat lövhəsindən bəlli olur ki, həmin ərazi SR Construcsion Co MMC-ya satılıb. Tikintiyə hazırlıq işləri də məhz həmin MMC-e tərəfindən aparılır. Layihəyə icazəni isə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi verib. Ərazi göznən görünən hissədə olduğu üçün digər aidiyyatı təşkilatların da bu tikintilərdən xəbərsiz olması mümkün deyil.
Əldə etdiyimiz məlumata görə “Razin dağı” xüsusi qorunmalı olan tarixi məkanlardan biridir. Hətta bu yaxınlarda Dağın ətrafında təmizlik işlərinin aparılması barədə sosial şəbəkələrdə informasiyalar da yayılmışdı. O halda sual olunur, aidiyyatı Nazirlik əməkdaşları və digər təşkilat nümayəndələri “Razin dağı”nda baş verənləri görmədilərmi? Görüblərsə nə üçün göz yumublar? Aparılan təmizlik işləri “Razin dağı”nın mühafizəsinə xidmət edib, yoxsa Dağın ətəyində təmtaraqlı milyonluq imarət sahiblərinin mülklərinin ətraflarını təmizləməyə xidmət edib?

Qeyd edək ki, iddiaya görə “Razin dağı”nda imarət sahiblərinə ərazilərin satılmasına İcra Başçısı Adil Vəliyev rəhbərlik edir. Hər bir halda iddia olunan bu məlumatı araşdırıb ölçü götürmək səlahiyyətli aidiyyatı dvlət orqanlarının vəzifəsidir. Kütləvi informasiya Vasitəsi olaraq bizim vəzifəmiz, iddia olunan məlumatları yerində olduğu kimi lentə alıb işıqlandırmaq, ictimaiyyəti və hökumətimizi məlumatlandırmaqdır.

İndi isə qayıdaq SR Construcsion Co MMC -nın aid olduğu əraziyə. İddiaya görə həmin tikinti şirkətinin də faktiki sahibi Adil Vəliyevin oğludur. Lakin Vergi orqanında sözügedən şirkət Xətai rayonunda yerləşən hüquqi ünvan olaraq Babək Plazada qeydiyyata alınmış və qanuni təmslçi olaraq Cavad adlı şəxs direktor təyin olunmuşdur. Maraqlıdır, Bakıxanov və digər qəsəbələrdə qəzalı vəziyyətdə olan yaşayış sahələri kifayət qədər olmasına baxmayaraq, hətta təqribən 5 ailənin məskunlaşdığı 2 mərtəbəli qəzalı vəziyyətdə olan bir binanın pilot layihəsi hazır olduğu halda, sakinlərin haqlı narazılığına əhəmiyyət verməyən İcra Başçısı, nədənsə qiymət baxımından baha olan yol kənarlarında faktiki sahibi olduğu, rəsmi oğlunun sahiblik etdiyi tikinti şirkətinə torpaq sahəsi ayırmasına imkan yaradır. Bu ərazilərdən biri də elə “Razin dağı”nın başlanğıc nöqtəsi olan yol kənarında yerləşən torpaq sahəsidir, hansı ki, həmin ərazi mühafizə olunmalıdır. Lakin sözügedən ərazidə həmin MMC-e heç kimdən çəkinmədən qazıntı işləri aparmaqda davam edir. Bir daha qeyd edirik ki, bu yazımızda da iddia olunan məsələlərin icra Başçısına və oğluna nə dərəcədə aid olmasını aaraşdırmaq vəzifəsi aidiyyatı qurumların səlahiyyətinddədir. İnanırıq ki, bu yazımızda və video reportajımızda yer alan faktlar yerindəcə aidiyyatı təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılacaq və qanuni tədbirlərin görülməsi barədə ictimaiyyətə açıqlama vderiləcək.

Onu da bildirək ki, xüsusilə qorunmalı olan “Razin dağı”nın üzərində məqəsdyönlü şəkildə həyata keçirilən şəxsi maraqları əhatə edən faktların mövcudluğu Adil Vəliyevin hər şeydən məlumatlı olmasına dəlalət edir. Məhz bu baxımdan da İcra başçısı baş verənlərə görə cavabdehdir və məsuliyyət daşıyır.

Növbəti yazımız və videoreportajımız isə yenə də, Bakıxanov qəsəbəsində Geofizika İnstitutuna aid ərazidə mühafizə altında olan ağacları kütləvi kəsməklə qazıntı işlərinin aparılması və həmin sahənin Adil Vəliyev tərəfindən satılmasına dair iddia olunan faktlarla bağlı olacaq.

Bu iddia olunan məsələ ilə bağlı da Sabunçu rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da məlumat almağımız mümkün olmadı. Qarşı tərəf mövqeyini bildirərsə dərc etməyə və işıqlandırmağa hazırıq.

Ardı var.....!
ÜmidTv Azərbaycan



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...