Lahıcov məktəb direktorlarından xərac topladığı üçün işdən çıxarıldı

Lahıcov məktəb direktorlarından xərac topladığı üçün işdən çıxarıldı

Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov tutduğu vəzifədən azad edilib. Haqqin.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən bunun səbəbi Lahıcov tərəfindən törədilən çoxsaylı maliyyə pozuntularıdır. Daxili yoxlama başlayıb və hazırda Lahicov barəsində təhqiqat aparılır.

Uzun illər "Təhsil"-ə rəhbərlik etmiş Lahıcovun işdən çıxarılmasının səbəblərindən biri də onun pul yığmaq məqsədi ilə etdiyi "təşəbbüs" olub. Bir neçə ay əvvəl, o, idman məktəblərinin direktorlarına yeni nazir Emin Əmrullayev üçün “xərac toplamaq” lazım olduğunu deyib. Təbii ki, bütün bunlar islahatçı-nazirin özünün xəbəri olmadan baş verib.

Qeyd edək ki, Təhsil Respublika İdman Mərkəzi 20 il əvvəl “Трудовые резервы" idman cəmiyyətinin bazasında yaradılmışdı. Mərkəzdə müxtəlif idman növləri üzrə bölmələr var. Milli komandaların bir çox fəal idmançıları mərkəzin şagirdləridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...