Bağçalara ayrılan 2 milyonu Eldar Mahmudovun qohumu "yeyib"? - İDDİA

Bağçalara ayrılan 2 milyonu Eldar Mahmudovun qohumu "yeyib"? -
Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb. Məlum olub ki, Bakı bağçalarında 2 milyon manata qədər vəsait qanunsuz xərclənib.

Bununla bağlı bloger Həbib Müntəzir maraqlı məlumat açıqlayıb: "Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovdur. O, bağçalarda valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat, bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pullar bəs etməyib, büdcədən uşaqlara geyim, qida üçün ayrılan pula da göz qoyub. Eldar Yunusovun adaşı, keçmiş MTN şefi Eldar Mahmudovun adamı olduğu deyilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...