Əli Həsənov Heydər Əliyevin açdığı məkanı 1 manata ələ keçirib

Əli Həsənov Heydər Əliyevin açdığı məkanı 1 manata ələ keçirib
Bu günlərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənova məxsus 6 şirkətin ləğv olunması barədə məlumat yayıldı. Həmin qurumların hüquqi ünvanı kimi Bakı şəhəri Səbail rayonu F.Əmirov küçəsi 1 göstərilmişdi.

Bu sözləri Axar.az-a açıqlamasında Jurnalistlər Birliyinin üzvü, “Azərkitab” Birliyinin sabiq rəisi Rauf Məmmədzadə deyib.

O bildirib ki, əvvəllər həmin ünvanda məşhur “Kitab evi” fəaliyyət göstərib:

“Bu “Kitab evi” 1980-ci ildə ulu öndər Heydər Əliyevin birbaşa göstərişi və iştirakı ilə açılmışdı. Qeyd edim ki, açılışda Sov İKP MK-nin Baş katibi Leonid Brejnev də iştirak edib. “Kitab evi” keçmiş SSRİ-də sahəsinə görə 2-ci idi (2400 kv/metr).

Çox təəssüf ki, obyekt 2001-ci ildə Əli Həsənovun yaxınları tərəfindən özəlləşdirildikdən sonra əvvəlki profili dəyişdirildi və oradakı kitablar makulatura kimi təhvil verildi. Deyilənə görə, obyekt simvolik qiymətə - 1 kv/metri 1 manata özəlləşdirilib. Çox təəssüf ki, bu barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığım sorğulara tam cavab ala bilməmişəm.

Fikrimcə, belə özəlləşmə gec də olsa ləğv edilməli, “Kitab evi”nin əvvəlki fəaliyyəti bərpa olunmalıdır. Bu, eyni zamanda dahi öndərin ruhuna böyük hörmət əlaməti olardı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...