«Proqres-2016» bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb

«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,


Vətəndaşlara 10 milyondan artıq pul atan Səməndərov Emil Tofiq oğlunun arxasında kim dayanır?

Diqətinizə çatdırım ki, zərərçəkmişlərə dəymiş 10 milyondan artıq pula Bakı, Sumqayıt və Gəncə şəhərlərindən başqa istənilən şəhər və rayonunun 1/3 hissəsini almaq mümkündür. Emil Səməndəov 2017-ci ildə insanların etibarından su istifadə edərək Proqres 2016 MMC-ni ələ kecirmişdir. O buna qədər 100-lərlə insanın etibarından istifadə edərək onları aldatmış və haqqında cinyaət məcəlləsinin 178.2.4 maddəsi üzrə cinayət işi acılmış bu günə qədər yekunlaşmamışdır. O 2014-cü ildə dələduzluq əməli törətmiş sabuncu rayon polisi tərəfindən tutulmuş və daha sonar sərbəst buraxılmışdır.( https://teleqraf.com/news/yasavul/760.html )O bundn sonra 2015,2016,2017, 2018 ,2019 (Şirvan rayon Məhkəməsində,Sabuncu,Sumqayıt , binəqədi və s rayon məhkəmələrində bir necə maddə dələduzluq üzrə)

1(103)-1476/2018

22.10.2018

Binəqədi Səməndərov Emil Tofiq oğlunun AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair,
Gundeminfo.az xəbər verir ki, bu iddialar saytın elektron ünvanına daxil olan müraciətdəndir. Müraciət edən vətəndaş daha sonra qeyd edir ki, Binəqədi Rayon məhkəməsində 100-lərlə insanın aldadılması üzrə (178.2.4 üzrə Dələduzluq və etibardan su istifadə , küllü miqdarda pulun mənimsənilməsi) cinayət işi davam edir. Və düşünün hal hazırda belə bir insanın əlində Xırdalan şəhərində tikilməkdə olan (2005-ci ildən ) 364 sakinlik binanın taleyi var. Bu insan binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana bu mənizlləri yenidən satmışdır.Aldadılmış sakinlər binaya gedərkən Emil Səməndərov və onun quldur dəstəsi tərəfindən hədə qorxu,şantaj və müxtəlif yollarla susdurulur. Bu şəxs iddia edir ki buna heç kim heç nə edə bilməz çünkü onun arxasında duranlar var və onlar onu qoruyur.Bu şəxs çəkinmədən hörmətli şəxslərin adını çəkir.

Mənzillər 2-5 nəfərə satılıb

“Proqres 2016” MMC-nin inşa etdiyi bina beş bloklu, 14 mərtəbəli, 364 mənzillidir. Mənzillər bir qayda olaraq 2 və daha çox vətəndaşa satılıb. 2005-ci ilin mayından tikilən bu bina hələ tam hazır deyil. Indinin özündə də tikinti işləri davam edir. Əslində cəmi 2 blokdan ibarət binanın inşası uzun müddət və böyük qüvvə, vəsait tələb eləmir.

Zərərçəkənlərdən Şamil Abdullayev 3 mənzil alıb. Bunun müqabilində 96 min manat pul ödəyib. Hər mənzilin iki sahibi var. Daşbala Nəsrullayev 2 otaqlı mənzil üçün 26 min manat pul ödəyib, bundan sonra da 10 min manat ödəməli idi. D.Nəsrullayev 2010-cu ildə “Hayan E-inşaat”a,sonradan adı dəyişdirilərək Proqres 2016 MMC , daha sonra adı dəyişdirilərək Real 2016 MMC və yenidən adı dəyişdirilərək Proqres 2016 MMC-yə üz tutub. Onun aldığı mənzili 2017-ci ildə başqa bir vətəndaşa satıblar. Zərərçəkən indiyə qədər mənzilinə bir nəfərin şərik çıxdığını deyir: “Işin üstü açıla-açıla ola bilsin ki, sahiblərin sayı artsın”.
Həmdulla Əsgərov 30 min manat pul ödəyib. Aldığı mənzil isə 3 nəfərə satılıb. Cahan Əliyev isə 2 mənzilə 60 min manatdan çox pul verib və hər iki mənzilin bir neçə sahibi var. Ağaddin Əliyev 24 min manat pul verib mənzil alıb. Onun evinə sahib duran şəxslərdən biri 23600, digəri isə 24 min manat ödəyib.
Binanın gələcək sakinləri deyirlər ki, onların əksəriyyəti mənzillərinin pulunu çoxdan ödəyiblər: “Çox güman ki, ”Proqress 2016-inşaat”ın rəhbərləri pulu alıb ciblərinə qoyduqları üçün binanın tikintisini başa çatdırmırlar. Həm də tikinti başa çatan kimi burada qan su yerinə axacaq. Hər kəs gəlib mənzilini istəyəcək. Binanı tikən Emil Səməndərov pis vəziyyətdə qalmamaq üçün işi yubatmağa çalışır.

Binaya gedən sakinlərə bildirilir ki, guya binanın tikintisinin gecikməsi daha əvvəl olan problemlər və hal hazırda ölkədə olan vəziyyətlə bağlıdır.Etiraz edən insanlar müxtəlif vədlərlə aldadılır,hədə qorxu gəlinir,müqavimət göstərənlər isə özünü binanın vəkili kimi təqdim edən Adəm Orucov tərəfindən məhkəməyə verilməsi insanların mənzillərinin əlindən alınması ilə qorxudulur.Adəm Orucovun tələsinə indiyə qədər təxminən 100-ə yaxın sakin düşmüşdür.Onlardan biri ilə həm söhbət olarkən sakinin dediklərinə görə saxta sənədləri tərtib edən vəkil müqavimət göstərən sakinə guya onun mənzilinin ikinci alıcısı olduğunu əsas gətirərək onu məhkəmə çəkişmələrinə cəlb edib.

Sakinlər deyir ki, hesablamaya görə, 1200 “dvoynik” var. Yəni, 1200 ailə havada qalır. Bu, sakinlərin ilkin hesablamasıdır. Çox güman ki, aldadılan vətəndaşların sayı çoxdur. Işin üstü açıla-açıla məsələdən xəbərdar olanlar “Proqres 2016-inşaat”a üz tutacaqlar.

Sakinlər hal hazırda binanın rəhbərliyindən və bu işlə məşqul olan qurumlardan sakinlərin siyahısını tələb edirlər.Siyahının tez bir zamanda yarı tikilinin qarşısından vurulmasını tələb edən sakinlər qanunsuz satışı qarşısının alınacağını düşünürlər.Siyahını verməyən rəhbərliyi görən sakinlər öz aralarında quruplar təşkil etmiş və beləliklə təxmini siyahı tərtib etmişlər.Bununlada onlar binada mənzillərin dəfəllərlə satıldığını anlamışlar. Bu işlə məşqul olan qurumlara etdikləri müraciətlər cavabsız qaldığına görə mətbuata açıq müraciət etməyi planlayırlar.Yəqin ki yaxın günlərdə sakinlər mətbuat konfransı kecirərək səslərinin ölkə başcısına çatdırılmasını təmin edəcəklər.

Diqətinizə çatdırım ki, artıq siyahının hazır olduğunu və tikintinin yanvar ayında təhfil veriləcəyini söz verən Emil Səməndərov tinkintini yubadır və hələdə binada tikinti getmir. Siyahıda olan sakinlər özləri arasında komisiya yaradaraq binanı öz hesablarına tikmək istəsələrdə buna Emil Səməndərov və onun quldur dəstəsi maneçilik törədir.

Bundan əvvəl Emil Səməndərov hər dəfə sakinlərin başının altına yastıq qoyaraq tikintinin sürətlənəcəyini və 1-2 aya başa çatacağını deyirdi. Vədlər 3 ilə yaxındır davam etdi və sonda bir mənzilin ikidən artıq vətəndaşa satıldığı məlum oldu.

Sonuncu qurban isə 10 gün bundan əvvəl Proqress 2016 MMC-dən mənzil alınıb.Çox Maraqlıdır ki, bu binada hələdə mənzil satışları davam edir.Binada isə nəyinki mənzil qalmayıb hətda elə mənzillər var ki 2-dən artıq sahibi var

Biz sakinlər bu yaxınlarda Emil Səməndərovun dirnağ arası qəhrəmanlığını görüb onun esil üzünü göstərmək istədik. Bu dirnağ arası qəhrəman ordumuzun qanı canı bahasına nail olduğu qələbədə belə öz məkərli siaysətini yürüdərək kimlərinsə etibarını qazanıb yeni qurbanlar axtarır.Guya ki əsgərimizə 06 markalı maşın bağışlayaraq özünü qəhrəman elan edən bu dələduz övladı ölüm ayağında olan ananın pulunu mənimsəyərək ona zülm etməsini, və 1000-dən çox insanı aldatmasını maraqlıdır necə izah edir.
Unvan; Abşeron rayonu, Xırdalan şəhəri, Axundov küçəsi 39 (Xirdalan seher Icra Hakimiyetinin yani)


«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq,



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...