Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA

Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? -

Hərbi əməliyyatlar zamanı xəsarət alan və ya şəhid olan hərbi qulluqçuların sığorta ödənişlərinin verilməsi təmin olunur.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin şöbə rəisi Araz Qurbanov məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkətə bununla bağlı müraciətlər daxil olur və müraciətlərə ən qısa müddətdə cavab verilir, maksimum 3 gün ərzində ödənişlərin verilməsi təmin olunur:

"Qanunvericiliklə tələb olunan sənədlər təqdim edildikdən sonra bankda hesab açılır və həmin hesaba tərəfimizdən müvafiq məbləq köçürülür".

Qeyd edək ki, müraciət edən vətəndaşa bank vasitəsilə ödəniş edilir.

Hərbi qulluqçular 11 000 (on bir min) manat məbləğində müəyyən edilmiş həddə sığorta ilə təmin olunurlar.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
92 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...