Prezident koronavirusla bağlı daha bir sərəncam verdi 97 milyon manat vəsait ayrıldı

Prezident koronavirusla bağlı daha bir sərəncam verdi

Prezident İlham Əliyev “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

"Gundeminfo" xəbər verir ki, sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...