Emin Hacıyevin deputat seçilməsi QANUNLARA ZİDDİ İMİŞ...

Emin Hacıyevin deputat seçilməsi

Fevralın 9-da keçirilən son parlament seçkisindən sonra deputat olan Emin Hacıyevin keçmiş rəqibi ondan məhkəməyə şikayət göndərib. 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədlərdən Mehriban Mirzəliyeva iddia edir ki, E.Hacıyev Rusiya vətəndaşıdır və bu ölkə qarşısında öhdəliyi var.

Martın 17-də Sumqayıt Apellyasiya Məhkəməsində bu məsələyə baxılıb. M.Mirzəliyeva Mərkəzi Seçki Komissiyasından (MSK-dan) narazıdır. Deyir ki, MSK bu məsələyə ciddi yanaşmayıb və E.Hacıyevin 2007-ci ildən 2020-ci ilədək Rusiyadakı fəaliyyətini, onun ikili vətəndaşlığını araşdırmayıb.

Məsələ burasındadır ki, Azərbaycan qanunvericiliyi həm ikili vətəndaşlığı, həm də başqa ölkənin vətəndaşının burada deputat olmasını qadağan edir.

Hakim Fərmayıl Zeynallı onun şikayətinin mümkün sayılmamasına qərar verib və bunu belə əsaslandırıb ki, Konstitusiya Məhkəməsi artıq parlament seçkilərinin nəticələrini təsdiqləyib: "Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır".

O da məlum olub ki, M.Mirzəliyeva bundan öncə də eyni məsələ ilə əlaqədar məhkəməyə şikayət edərək, deputatın Rusiya vətəndaşı olub-olmamasının araşdırılmasını istəyib. Ancaq Sumqayıt şəhər Məhkəməsi martın 13-də qərardad çıxararaq, onun şikayətini araşdırmaqdan boyun qaçırıb.

Deputat E.Hacıyev seçkidə YAP-ın namizədi olub. O, həm də gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin qardaşıdır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...