Əbülfəs Qarayevin Qarabəy karvansarayının acınacaqlı vəziyyətindən xəbəri varmı? FOTOLAR

Əbülfəs Qarayevin Qarabəy karvansarayının acınacaqlı vəziyyətindən xəbəri varmı?

Tariximizin daha bir şahidi uçub dağılmaq təhlükəsi altındadır

Ağdaşda qəzalı vəziyyətdə olan Qarabəy karvansarayı rayonun əsas tarixi abidələrindən biridir. 1900-cü ildə inşa olunan karvansarayın diqqətdən kənarda qalması, burda yaşayanların gününü də göy əskiyə büküb. Vaxtilə karvansaray kimi fəaliyyət göstərən binadan hazırda ticarət obyektləri və yaşayış məskəni kimi istifadə olunur. Lakin tarixi abidə artıq tab gətirmir və hər an uçmaq təhlükəsi ilə üz-üzədir.
Rayonun Müşfiq İsayev küçəsində yerləşən, yerli əhəmiyyətli abidə kimi Mədəniyyət Nazirliyinin qeydiyyatında olan Qarabəy karvansarayı, uzun illər karvansaray kimi fəaliyyət göstərsə də, 1950-ci illərdən sonra yaşayış məqsədilə istifadə edilib.

Kanalizasiya sistemi olmayan karvansaray binasından, vaxtilə heyvanların saxlanılması üçün də istifadə olunub. İndi isə həmin hissədən tualet kimi istifadə olunur. Ona görə də, burada yaşayanlar həm üfunətdən, həm də müxtəlif təhlükələr səbəbindən boğaza yığılıblar.
Binanın bərbad vəziyyətdə olması açıq-aşkar hiss olunur. Belə ki, divarlarda əmələ gələn çatları, dam örtüklərinin çürüməsini kənardan adi gözlə görmək mümkündür.

Binanın digər tərəfi isə istifadəsiz qaldığı üçün, həmin hissəni ot-alaq basıb. Binadakı mənzillərin dam örtükləri yararsız vəziyyətdədir, otaqlara müxtəlif həşəratlar, sürünənlər daxil olur. Bu baxımdan da sakinlərin bəziləri başlarını götürüb buradan qaçıblar.
AYNA.az-a danışan sakinlərin sözlərinə görə, bina 50 ildən çoxdur ki, qəzalı vəziyyətdədir: “Dəfələrlə müxtəlif qurumlara müraciət etsək də, sözümüzü eşidən yoxdur. Hər dəfə müxtəlif bəhanələr gətirilir. Gah deyirlər, pul yoxdur, gah da bizi günahlandıraraq məsuliyətdən boyun qaçırmağa çalışırlar”.

Sakinlərə 2020-ci ilədək səbrli olmağı məsləhət görüblər: “Yerli qurunlardan verilən məlumata görə, 2020-ci ilin sonuna qədər bu ərazi abidə kimi yenidən bərpa olunacaq və biz yeni mənzillərlə təmin olunacağıq. Lakin bu, hələ məlum deyil. Belə davam eləsə, hamımız etiraz edəcəyik. Çünki 50 il bundan əvvəl bu ərazidə hər tərəf mənzillərdən ibarət idi. Sonra buranı sökdülər və ərazinin əksər hissəsini satdılar”.

“Yaşayış yerində qanunsuz şəkildə dayanacaq da təşkil ediblər. Sürücülər qeyri-qanuni olaraq həyətdən dayanacaq kimi istifadə edirlər. Etiraz edəndə də deyirlər ki, “siz özünüz də burda qanunsuz olaraq məskunlaşmısız”. Halbuki, 1970-ci illərdən bəri biz burda yaşayırıq. Artıq çarəmiz qalmayıb”, - deyə sakinlər gileyləniblər.


Əbülfəs Qarayevin Qarabəy karvansarayının acınacaqlı vəziyyətindən xəbəri varmı?
Əbülfəs Qarayevin Qarabəy karvansarayının acınacaqlı vəziyyətindən xəbəri varmı?
Əbülfəs Qarayevin Qarabəy karvansarayının acınacaqlı vəziyyətindən xəbəri varmı?
Əbülfəs Qarayevin Qarabəy karvansarayının acınacaqlı vəziyyətindən xəbəri varmı?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...