Korrupsiyaya şərait yaradan 3 hakim məsuliyyətə cəlb olundu

Korrupsiyaya şərait yaradan 3 hakim məsuliyyətə cəlb olundu
Azərbaycanda daha 3 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə "Qafqazinfo"ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, həmin hakimlər korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə yol verdiyinə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə cəzalandırılıblar.

Bundan başqa qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı qərar qəbul edilib. Kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...