Əli Həsənovun bacanağı apellyasiya şikayəti verməyib

Əli Həsənovun bacanağı apellyasiya şikayəti verməyib
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun bacanağı Ədalət Vəliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilməyib.

"Report"un əldə etdiyi məlumata görə, Ə.Vəliyevlə bağlı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmayıb.

Xatırladaq ki, daha əvvəl cinayət işi üzrə təqsirləndirilən - ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və “Portos” MMC-nin rəhbəri Nadir Məmmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib, Ə.Vəliyevə isə şərti cəza verilib.

Hökmə əsasən, Ə.Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə edilib.

Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.

Artıq birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayətinin verilmə müddəti başa çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...