Saxta COVID-19 pasportları satan şəxslər ifşa edildi

Saxta COVID-19 pasportları satan şəxslər ifşa edildi

Pul müqabilində bəzi vətəndaşların saxta COVID-19 pasportu ilə təmin edilməsi aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayon sakini Sadiq Şərbətovun vətəndaşlara vaksin vurulmadan saxta COVID-19 pasportu təşkil etməsi barədə məlumat daxil olub.

Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun üç nəfərə saxta COVID-19 pasportu satışını təşkil etməsi müəyyən edilib.

S.Şərbətov həmin üç nəfərin birinci doza peyvənd vurulmasının qeyd olunmasından ötrü şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir Əliyevə göndərib.

M.Əliyev də öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə göndərərək COVID-19 pasportlarının hazırlanmasını təşkil edib.

M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanan saxta COVID-19 pasportlarının fotoşəkillərinin geri göndərilməsi müəyyən edilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...