Bu da ermənilərin fosfor bombası atdığının sübutu - VİDEO

Bu da ermənilərin fosfor bombası atdığının sübutu -

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 8-də işğalçı Ermənistan tərəfindən Füzuli rayonuna atılan fosfor bombasının zərərsizləşdirilmə kadrlarının yer aldığı video paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri bu barədə öz tvitter hesabında paylaşım edib.

“8 oktyabrda Ermənistan tərəfindən Füzuli bölgəsinə atılan fosfor mərmisinin zərərsizləşdirilməsi. Mülki obyektlərə aktiv şəkildə fosfor bombaları yağdıran Ermənistanın Azərbaycanı ittiham etməsi günahı başqasının boynuna atmaq və məsuliyyətdən qaçmaq taktikasıdır”,- deyə Hikmət Hacıyev qeyd edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...