Qarabağda PKK/YPG terrorçuları məhv edilir

Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Suriyanın şimalından Qarabağdakı döyüşlərdə iştirak etməyə gələn PKK/YPG terror təşkilatının üzvləri məhv edilir.

Ordu.az-ın məlumatına görə, PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmaların birinin rəhbəri Fırat Piran Qarabağda həyata keçirilən əks-hücum əməliyyatları zamanı məhv edilib.

Məlumata görə, o, PKK/YPG terrorçularının Qarabağa gətirilməsi ilə də məşğul olub.

Qeyd edək ki, Piran Suriyanın şimal-şərqində fəaliyyət göstərən “Qamışlı Hərbi Şurası” qruplaşması tərkibində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror əməliyyatlarında iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...