Britaniya aviaşirkətinin 9 milyon müştərisinin məlumatları oğurlandı

Britaniya aviaşirkətinin 9 milyon müştərisinin məlumatları oğurlandı
Böyük Britaniyanın aşağı büdcəli uçuşlar həyata keçirən “EasyJet” abiaşirkətinin təxminən 9 milyon müştərisinin məlumatları kiberhücum nəticəsində hakerlər tərəfindən oğurlanıb.

“Report” “banki.ru”ya istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Hakerlər şirkətin müştərilərinin elektron ünvanlarına və səyahət məlumatlarına yiyələniblər. Həmçinin 2 208 müştərinin bank kartlarında olan məlumatlar oğurlanıb.

Aviaşirkət məlumatları kibercinayətkarların əlinə keçən müştərilərinin hamısı ilə yaxın həftə ərzində əlaqə qurmaq niyyətindədir. “EasyJet” müştərilərə şirkət adından mesaj alarkən sayıq olmağı tövsiyə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...