Sosial şəbəkədə telefon satmaq istəyərkən saxta pulla aldadıldı

Sosial şəbəkədə telefon satmaq istəyərkən saxta pulla aldadıldı

İnternetdə tanış olduğu şəxsə telefon satan Əfqan Məhərrəmov aldadılıb.

Musavat.com xəbər verir ki, Binəqədi rayon sakini Əfqan Məhərrəmov mobil telefonunu satmaq üçün sosial şəbəkələrdə elan paylaşıb. Tanımadığı şəxs ona mesaj yazaraq telefonu almaq istədiyini bildirib. Tərəflər 300 manata razılaşıb və görüş təyin edib.

Əfqan Məhərrəmov danışıldığı kimi telefonunu verib və 300 manatı alıb. Lakin bir neçə dəqiqə sonra Əfqan Məhərrəmov pulun saxta olduğunu bilib. Bu zaman isə artıq gec olub və həmin şəxs ərazidən uzaqlaşıb. Bundan sonra Ə.Məhərrəmov Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...