Azərbaycanda 22 yaşlı oğlan bacısının ərini bıçaqladı

Azərbaycanda 22 yaşlı oğlan bacısının ərini bıçaqladı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. Gundeminfo.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qaralar kəndində qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Ələkbərli Əli Bakir oğlu yeznəsi 1990-cı il təvəllüdlü Məmmədov Cavid Ayət oğlu ilə mübahisə edib.

Mübahisə C.Məmmədovun mütəmadi olaraq arvadını döyməsi üstündə baş verib. Bacısının döyüldüyünə görə Ə.Ələkbərli C.Məmmədovu evində bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Ələkbərli tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...