Bakının 4 rayonunda əməliyyat: Həbs olunanlar var

Bakının 4 rayonunda əməliyyat:

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və “”Reck Perfecta” markalı qaz tapançası aşkar edilib.

Binəqədi rayon ərazisində isə oğurluq faktının açılması üçün əməliyyat keçirilib.

Belə ki, naməlum şəxs Bakı şəhər ərazisində bir neçə avtomobillərə məxsus dövlət nömrə nişanlarını oğurlayıb, digər qaçırdığı "Mercedes" markalı avtomobilə yerləşdirib.

Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 4-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində 3000 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Şirxanov tutulub.

Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rəfiyevə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Əlimərdanov saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...